Quba Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə icra başçısı İlqar Mahmudov əmr imzalayıb.
Əmrə əsasən, Rüstəm Məmmədov başçının Quba şəhəri üzrə nümayəndəsi təyin olunub.
Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən bəri Quba Rayon İcra Hakimiyyətində çalışır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu