EN

Növbəti köç karvanı Xocalıya çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Bu gün Xocalıya növbəti köç həyata keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 149 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarlarını təqdim edilib.

Mərasimində iştirak edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Doğma yurda qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır. Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.

Daha sonra sakinlərə evlərin açarları təqdim olunub

***

12.37

Növbəti köç karvanı Xocalıya çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 149 nəfərdən ibarət 30 ailə köçürülüb.

***

12.08

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 149 nəfərdən ibarət 30 ailə yola düşüb.

Xocalı şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Chosen
22
5
apa.az

10Sources