EN

Çevriliş olmayacaq: Japarovdan SENSASİON AÇIQLAMA

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə çevriliş təhlükəsinin olmadığını və dövlətin parçalanmasına yol verilməyəcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Japarov “Kabar” agentliyinə verdiyi müsahibədə onunla sabiq Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Təşiyev arasında fikir ayrılığı yaranacağı təqdirdə xalqın parçalanacağı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Prezident qeyd edib ki, müstəqillik əldə olunduqdan sonra bəzi siyasətçilər şəxsi maraqlar naminə ölkəni daim şimal və cənub prinsipi ilə bölməyə çalışıblar və sadə insanları bu cür manipulyasiyalara uymamağa çağırıb.

Onun sözlərinə görə, 2005-ci ildə siyasətə gəldiyi dövrdə hökumət üzvlərinin yarısının cənubdan, yarısının isə şimaldan olması açıq şəkildə hiss olunurdu:

“Həmin vaxt özümə söz verdim ki, prezident olsam, Qırğızıstanı bu xəstəlikdən xilas edəcəyəm”.

Japarov vurğulayıb ki, hazırda ölkədə çevriliş üçün heç bir əsas yoxdur:

“Qırğızıstanda çevrilişin baş verməsi üçün zəmin mövcud deyil. Heç bir çevriliş və ya buna bənzər hadisə olmayacaq. Birincisi, qanun buna imkan vermir, ikincisi isə belə bir vəziyyət yoxdur”.

Prezidentin fikrincə, ölkədə sabitlik qorunur və hakimiyyət əsas məqsəd kimi milli birliyi möhkəmləndirməyi qarşısına qoyub. O, vətəndaşları daxili qarşıdurmaya sürükləyə biləcək çağırışlara qarşı ayıq-sayıq olmağa dəvət edib.

Sara
NOCOMMENT.az

Chosen
97
nocomment.az

1Sources