EN

Rusiya Xarkov və Sumı vilayətlərinə zərbələr endirib: 8 yaralı var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov və Sumı vilayətlərinə növbəti hücumları nəticəsində 8 nəfər yaralanıb.

Bu barədə "Far.Az" Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri son sutka ərzində pilotsuz uçuş aparatları və idarə olunan aviasiya bombaları ilə Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsinə zərbələr endirib.

"58 və 25 yaşlı iki qadın, 61 və 22 yaşlı iki kişi, eləcə də 15 yaşlı uşaq xəsarət alıb. Lozovaya şəhərində dəmiryolu infrastrukturu zədələnib", - məlumatda deyilir.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov isə üç mülki şəxsin yaralandığını bildirib.

"Mülki əhali arasında yaralılar var. 43 və 61 yaşlı iki qadın və 54 yaşlı bir kişi yaralanıb", – o, teleqramda yazıb.

Chosen
31
far.az

1Sources