EN

Rusiya Ukraynaya “Tsirkon” hipersəsli raketlər atıb

16 fevral gecəsi Rusiya Ukraynaya hücum dronları və raketləri ilə hücum edib.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, hücum zamanı “Tsirkon” hipersəsli gəmi əleyhinə raketlərdən istifadə olunub. Bu raketlərin ikisi vurulub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 16 fevral gecəsi (15 fevral saat 18:00-dan etibarən) düşmən müvəqqəti işğal edilmiş Krım ərazisindən dörd “Tsirkon”raketi, Rusiya Federasiyasının Bryansk bölgəsindən İsgəndər-M ballistik raketi və Zaporojye bölgəsindəki X-31P idarə olunan raketlə hücum edib.

Həmçinin qeyd edilib ki, hava hücumu zamanı 62 Şahed, Gerbera və İtalmas hücum PUA-larından istifadə olunuyb.

Hava hücumu Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket qüvvələri, elektron müharibə və pilotsuz sistem bölmələri və mobil atəş qrupları tərəfindən dəf edildi. Səhər saat 9:00-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri iki "Tsirkon" gəmi əleyhinə raketini və 52 düşmən PUA-sını vurub və ya sıradan çıxarıb.

Chosen
22
herbiand.az

1Sources