EN

Tramp “kömür çempionu” oldu


ABŞ Prezidenti Donald Tramp “ekoloji təmiz kömürün mübahisəsiz çempionu” adlı mükafata layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, heykəl ona Ağ Evdə kömür sənayesinin maraqlarını müdafiə edən, həmçinin, bu sahə ilə maliyyə əlaqələri olan “Vaşinqton Kömür Klubu” tərəfindən təqdim edilib.
Trampa üzərində müvafiq “çempion” yazısı olan mədənçi heykəli verilib.
Heykəli ABŞ-nin ən böyük kömür şirkəti olan “Peabody Energy”nin baş direktoru Cim Qreç təqim edib.
“Axios” qeyd edir ki, heykəl Trampa Pentaqona kömürlə işləyən elektrik stansiyalarından elektrik enerjisi almağı əmr edən sərəncamın imzalanması zamanı təqdim edilib.
Chosen
18
yeniavaz.com

1Sources