İranın xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi arasında görüş keçirilib.
Herbiand.az xəbər verir ki, bu barədə Qrossi “X” hesabında məlumat yayıb.
“Sabah Cenevrədə keçiriləcək mühüm danışıqlara hazırlıq olaraq, elə indicə İranın xarici işlər naziri ilə dərin bir texniki müzakirələri sonlandırdıq”,- AEBA direktoru bildirib.
Qeyd edək ki, sabah Cenevrədə ABŞ və İrandan olan nümayəndə heyətləri arasında nüvə proqramı məsələsi ilə bağlı danışıqlar baş tutacaq.