AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ukrayna prezidenti ofisinin rəhbəri Kirill Budanov səfərə çıxacaqları qatarın yanında öz həmkarları ilə şəkil də paylaışıb.
“Cenevrəyə gedən yolda. Qarşıda danışıqların növbəti raundu dayanır. Bu yolda biz həmkarlarımızla tariximizin dərslərini müzakirə edəcəyik və düzgün nəticələr axtaracağıq. Ukraynanın maraqları qorunmalıdır”,- Kirill Budanov yazıb.
Ukrayna nümayəndə heyətinə Budanovdan başqa,onun birinci müavini Sergey Kislitsa, hakim “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov və Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəis müavini Vadim Skibitski daxildir.
Rusiya tərəfində isə əvvəlki raunddan sonra bəri dəyişikliklər olub. Cenevrədə rusların nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Ukrayna prezidenti Volodimir Zelenski ümid etdiyini bildirib ki, Rusiyanın nümayəndə heyətindəki dəyişikliklərə görə ABŞ və Rusiyanın iştirakı ilə müharibəyə potensial son qoyulması üzrə danışıqlar prosesi gecikməyəcək.
Sahil İsgəndərov
AzVision.az