EN

Netanyahunun ofisinə şübhəli bağlama göndərildi, təcili əməliyyat başladı

İsrailin "Maariv" qəzetinin məlumatına görə, bu yaxınlarda Netanyahunun ofisinə şübhəli bir bağlama göndərilib.

Turkustan.az xəbər verir ki, hesabatda bildirilir ki, şübhəli bağlama ilə bağlı məlumat alındıqdan sonra məhkəmə-tibbi ekspertizası və bomba zərərsizləşdirmə mütəxəssisləri Netanyahunun Qərbi Qüdsdəki ofisinə göndərilib.

Bu arada, Netanyahunun iqamətgahının yerləşdiyi şimal şəhəri olan Qeysəriyyədə bu gün polis, İsrail ordusu, yanğınsöndürmə xidmətləri və "Davudun Qırmızı Ulduzu" bölmələrinin iştirakı ilə genişmiqyaslı təcili təlim keçiriləcəyi bildirilib.

Təlim zamanı bölgədə təhlükəsizlik qüvvələrinin, təcili yardım maşınlarının, helikopterlərin və pilotsuz uçuş aparatlarının intensiv fəaliyyəti olacağı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
2
turkustan.az

3Sources