EN

UNEC Dizayn Məktəbində tədris prosesi yeniləndi: PBL modeli tətbiq olunacaq

Bakı. Trend:

Yaz semestrindən etibarən UNEC Dizayn Məktəbində tədris prosesiPBL (Project-Based Learning – Layihə Əsaslı Təhsil) modeli üzrətəşkil olunacaq.

Yeni modelə uyğun olaraq, ənənəvi müəllim mərkəzli, fənn əsaslıvə imtahan yönümlü qiymətləndirmə sistemi tələbə mərkəzli, layihəəsaslı strukturla əvəz olunur. Qiymətləndirmə əsasən tələbələrinsemestr ərzində hazırladıqları layihələr, formalaşdırdıqlarıportfellər və təqdim etdikləri prototiplər üzərindənaparılacaq.

PBL yanaşması çərçivəsində tələbələr nəzəri bilikləri ayrı-ayrıfənlər üzrə deyil, real problemlər və konkret tapşırıqlar üzərindəişləyərək mənimsəyəcəklər. Tədris prosesi komanda işi, araşdırma,analiz və praktik tətbiq üzərində qurulacaq. Bu model tələbələrintənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməkləyanaşı, onların problem həll etmə, təqdimat və əməkdaşlıqkompetensiyalarını da gücləndirəcək.

UNEC Dizayn Məktəbində tətbiq olunan yeni yanaşma təhsilinməzmun və məqsəd baxımından yenidən qurulmasını ifadə edir. LayihəƏsaslı Təhsil modeli tələbələrə məzun olduqları zaman zəngin vərəqabətqabiliyyətli peşəkar portfel formalaşdırmaq imkanı yaradır.Real iş mühitinə yaxınlaşdırılmış tədris prosesi onlarınsituasiyanı dərindən təhlil etmə, real ehtiyacları müəyyənləşdirməvə həmin ehtiyaclara uyğun yaradıcı, əsaslandırılmış həllər təqdimetmə bacarıqlarını inkişaf etdirir. Nəticədə məzunlar əmək bazarınadaha hazırlıqlı, praktik təcrübəyə malik və çevik düşünənmütəxəssislər kimi daxil olurlar.

Chosen
25
7
az.trend.az

8Sources