Bu sözləri "Football-plus.az"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov deyib. O, "İmişli"nin ev oyunlarını Qubada keçirməsinin səbəbləri haqda danışıb.
“İmişli” premyer-liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar İmişli şəhər stadionunda oynayacaqlarını deyib və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki “İmişli”, hətta premyer-liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial premyer-liqakomandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildəgöstərilib. “İmişli”nin rəhbərliyi tərəfindən İmişli stadionunun premyer-liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsinin səbəbi ictimaiyyətə açıqlanıb. Prosesə yanaşma baxımından PFL eyni addımları “Karvan”dan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər stadionda premyer-liqa standartlarına uyğunluq baxımından xeyli problem yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. “Karvan”ın stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik. Bu gün Yevlax təmsilçisi hətta “Kəpəz”in də istifadəsinə imkan yaradıb dəstək olacaq məkana sahibdi. Ümumilikdə premyer-liqanın startı ərəfəsində stadionlarla bağlı durum fərqli idi. Belə ki, Qəbələ şəhər stadionundan “Kəpəz”, Şamaxı şəhər stadionundan "Karvan” da istifadə edirdi. “Bayıl Arena” premyer-liqa üçün qəbul olunmadığına, “Kapital Bank Arena”nın qazonu isə hazır olmadığına görə “İmişli” Qubaya üz tutdu. Amma burda ilkin təftiş zamanı xeyli problem aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan çatışmazlıqlar daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsüilə “İmişli” iki oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq “İmişli”yə Qubada oynamaq icazəsi verildi. Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Qubadakı stadionun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə və sonra qazonun nisbətən hazır olması üçün çalışırıq. Bu stadionda premyer-liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb".
Elxan bəydən “Hazırda klubun başqa stadionda oynamaq şansları necədi?” sualına da cavab xahiş etdik:
"Bu məsələ təhlil olunmalıdı. Peşəkar Futbol Liqası öz növbəsində “İmişli”nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandayaortaqşəraitin yaradılmasına çalışırıq.”
KƏNAN BAHADIR