Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.
Sitat.info xəbər verir ki, diplomat bu barədə X sosial media hesabında yazıb.
“Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar – Azərbaycan Cənubi Qafqazda/daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.
Zəngəzur Dəhlizi / TRIPP təşəbbüsü Daha Geniş Xəzər / Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır”, - o bildirib.