EN

Ötən il 1252 yol qəzası baş verib, 689 nəfər ölüb

Ötən il ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Dövlətr Statistika Komitəsinin məlumatdında qeyd edilib.

Bildirilib ki, bu qəzalar 2024-cü illə müqasiyədə 12,3 faiz azdır.

Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,1 faiz azalaraq 1715 nəfər olub. Onlardan 689-u ölüb, 1026-sı isə yaralanıb. Hadisələrin 44,5 faizi gündüz, 39,4 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib. Həmçinin qəzaların 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 85,1 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 13,4 faiz azalaraq 484 nəfər, yaralananların sayı isə 14,0 faiz azalaraq 960 nəfər olub.

Chosen
16
6
apa.az

10Sources