EN

Eks nazir çirkli pulların yuyulmasında ittiham olunur

İstintaq keçmiş nazirin cinayət təşkilatında iştirakı və milyonlarla dolların leqallaşdırılması ehtimalını araşdırır...

Ukraynanın keçmiş energetika naziri Herman Qaluşenkoya qarşı çirkli pulların yuyulması və cinayət təşkilatında iştirak ittihamları irəli sürülüb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı Ukrayna İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu yayıb.

İstintaq materiallarına görə, ehtimal edilən cinayət təşkilatının üzvləri 2021-ci ilin fevralında Anqilya adasında fond qeydiyyatdan keçiriblər. Bildirilir ki, fondun məqsədi təxminən 100 milyon ABŞ dolları həcmində “investisiya” cəlb etmək olub.

Prokurorluğun məlumatına əsasən, investorlar sırasında Qaluşenkonun ailə üzvlərinin də adı çəkilir. İstintaq iddia edir ki, keçmiş nazirin ailəsinin idarə etdiyi hesablara ümumilikdə təxminən 7,4 milyon dollar köçürülüb. Vəsaitin bir hissəsinin avro və İsveçrə frankı ilə nağd formada alındığı bildirilir.

Məlumatlara görə, həmin vəsaitlərin bir qismi İsveçrədə nüfuzlu təhsil müəssisələrində oxu xərclərinin ödənilməsinə yönəldilib, digər hissəsi isə keçmiş nazirin sabiq həyat yoldaşının hesablarına yerləşdirilib. Bundan əlavə, müəyyən məbləğin depozitə qoyularaq əlavə gəlir əldə edildiyi iddia olunur.

Hazırda məsələ üzrə istintaq tədbirləri davam edir və rəsmi qurumlar əlavə detalları araşdırır.

Poliqon.info

Chosen
132
poliqon.info

1Sources