EN

Ötən il yol qəzalarında ölən və yaralananların SAYI

ain.az bildirir, Modern.az portalına istinadən.

2025-ci ildə 1252 və ya 2024-cü illə müqayisədə 12,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,1 faiz azalaraq 1715 nəfər olmuşdur. Onlardan 689-u həlak olub, 1026-sı isə yaralanıb. Hadisələrin 44,5 faizi gündüz, 39,4 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş vermiş, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Yol-nəqliyyat hadisələrinin 85,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 13,4 faiz azalaraq 484 nəfər, yaralananların sayı isə 14,0 faiz azalaraq 960 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 73,3 faizini, yaralananların isə 69,4 faizini kişilər təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
6
modern.az

10Sources