EN

"Yaralı kral" təhlükəlidir

"Benfika"nın baş məşqçisi Jose Mourinho Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Real" ilə oyunlar barədə gözləntilərini bölüşüb.

Publika.az xəbər verir ki, o, bir vaxtlar çalışdırdığı Madrid klubunu "yaralı kral"a bənzədib:

"Şübhəsiz ki, çox çətin qarşıdurmadır. Biz hələ yalnız ilk matçı oynayacağıq. Anatoli Trubin bu dəfə "Eştadiu da Luş"da hücumda olmayacaq. Mən belə qarşılaşmalara öyrəşmişəm. Bunu bütün həyatım boyu etmişəm. İnsanlar tez-tez düşünür ki, ilk oyunda müəyyən səbəblərə görə konkret nəticə lazımdır. Mən isə hesab edirəm ki, yekun nəticə hələ yoxdur.

Biz ilk görüşü soyuqqanlılıq, ambisiya və özünə inamla oynayacağıq. Çempionlar Liqasının "krallar"ına qarşı nə etdiyimizi bilirik. Onlar yaralanıblar. "Yaralı kral" isə təhlükəlidir".

Chosen
194
2
publika.az

10Sources