EN

Azərbaycanda 1 fevrala olan vəziyyətə görə vergi ödəyicilərinin sayı açıqlandı

Baku. Trend:

1 fevral 2026-ci ilə olan vəziyyətə görə Azərbaycanda 1 682 907vergi ödəyicisi olub, onlardan 86,8 faizini fiziki şəxslər, 13,2faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.

Trend bu barədəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.

Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin sayı 4,9faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərinsayı isə 6,4 faiz artıb.

2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiyatəşkilatlarının sayı 205 104 təşkil edib ki, bu da ötən ilinmüvafiq dövrü ilə müqayisədə 7% çoxdur.

2026-cı ilin yanvar ayında 1 050 kommersiya təşkilatı dövlətqeydiyyatından keçib. Onların 89,6%-i yerli investisiyalarla,10,4%-i isə xarici investisiyalarla yaradılıb. Kommersiyatəşkilatlarının 87%-i elektron qaydada qeydiyyatdan keçib. 2026-cıilin yanvar ayında yerli investisiyalı məhdud məsuliyyətlicəmiyyətlərin elektron qeydiyyatının payı 97,6% olub.

2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiyahüquqi şəxslərin 92,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-isəhmdar cəmiyyəti, 1,1%-i kooperativ və digər təşkilati-hüquqiformalar üzrə yaradılıb.

1 fevral tarixinə 136 808 kommersiya təşkilatı aktiv statusamalik olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktivkommersiya təşkilatlarının sayı 7,7% artıb.

Məqalədə:
Chosen
72
8
az.trend.az

10Sources