EN

Vüqar Qurbanov vəzifədən azad edilib - Milyonlarla manat vəsait mənimsənilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib...

Poliqon “Bakupost”a istinadən xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası onun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.

"Unikal" portalının yaydığı məlumatda isə bildirilir ki, V.Qurbanov TƏBİB-də aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib. Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara 2025-ci ilin sentyabr ayında başlayıb.

Poliqon.info

Chosen
64
20
poliqon.info

10Sources