EN

Azərbaycanın Ermənistana yanvardakı ixracının ÜMUMİ DƏYƏRİ

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu, Azərbaycanın ümumi ixracının 0,11 %-ni təşkil edir.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
16
bakivaxti.az

10Sources