EN

Xüsusi hərbi əməliyyatda itkin düşən yüzlərlə rusun taleyi müəyyən edilib

Hakimiyyət orqanları xüsusi hərbi əməliyyat zamanı itkin düşən yüzlərlə rusun taleyini müəyyən edə bilib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Komissarı (Ombudsman - red.) Tatyana Merzlyakova bildirib.

Onun sözlərinə görə, son bir ildə müvafiq qurumlar və xidmətlərlə birlikdə müəyyənləşdirmək mümkün olub ki, hərbi hissələri özbaşına tərk edən, vilayətdən xüsusi hərbi əməliyyatlarda iştirak edən və fərarilik edən ümumilikdə 1348 nəfərindən yalnız 22 nəfəri xidmətdən yayınıb. Təxminən 1000 döyüşçünün üzərindən hərbi hissələri özbaşına tərk etmələri statusu silinib və onların ailələri döyüşçülər üçün verilən ödənişləri ala biliblər.

“Biz uzun müddət əlaqəsiz qalan xüsusi əməliyyat iştirakçılarının taleyi barədə məlumatı tez bir zamanda əldə edə bildik, o cümlədən Rostov-na-Donu şəhərindəki 522-ci ölülərin qəbulu, hazırlanması və göndərilməsi mərkəzindən”, - Merzlyakova bildirib.

Ombudsman vurğulayıb ki, bəzən əsgərlərin qohumları da onların taleyini müəyyən etməyə kömək edirlər. Onlar Ukrayna tərəfindən yayımlanmış rus əsirlərin videolarına baxır və yaxınlarının əsir götürülməsi barədə təsdiq alırlar.

Bəxtiyar CƏFƏRLİ

Chosen
84
herbiand.az

1Sources