EN

İran regional ittifaq qurur: Türkiyəyə və bu iki ölkəyə çağırış etdilər

"İran İsrailə qarşı regional sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlığa hazırdır".

Publika.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani "Əl-Cəzirə" kanalına müsahibəsində deyib.

O, danışıqlar prosesinin davam etdiyini və regional ölkələrin uğur qazanması üçün səy göstərdiyini bildirib.

"Raket məsələsi danışıqlara daxil edilməyəcək, çünki bu, İranın milli təhlükəsizliyi ilə bağlı məsələdir. Nüvə məsələsindən başqa hər hansı bir məsələ prosesi pozacaq. Biz müharibə axtarmırıq, amma hazırıq. İsrail müdaxilə edərək danışıqları sabotaj etməyə çalışır. Bu gün ən böyük düşmənimiz İsraildir. İran İsrailə qarşı regional sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır", - deyə Laricani qeyd edib.

Chosen
25
publika.az

1Sources