GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əfqanıstanda “Sevgililər Günü” qadağan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Herat şəhərində gül dükanlarının vitrin və girişlərinə “Sevgililər Günü qadağandır” məzmunlu lövhələr yerləşdirilib.
Eyni zamanda, Kabil şəhərində Talibanın nəzarət və yoxlama qüvvələri ictimai məkanlara cəlb olunub.
“Sevgililər Günü”ndə Kabil və Herat kimi iri şəhərlərdə “Yaxşı işlərə Dəvət və Pis İşlərdən Çəkindirmə” Qərargahının qüvvələrinin güclü iştirakı müşahidə edilib. Bu qüvvələrin əsas vəzifəsi günlə bağlı hər hansı simvolun, hədiyyənin və ya bayramın qeyd edilməsinin qarşısını almaq olub.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.