Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Cenevrədə keçiriləcək nüvə danışıqlarının yeni raundu öncəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüş keçirib.
Görüşdə nüvə məsələləri üzrə texniki və ixtisaslaşmış müzakirələrin aparılması nəzərdə tutulur. Bu məqsədlə Əraqçının müşayiəti ilə İranın nüvə mütəxəssislərindən ibarət qrupun da danışıqlarda iştirakı planlaşdırılır.
Açıqlanan rəsmi cədvələ əsasən, Əraqçi ABŞ ilə diplomatik məsləhətləşmələrə başlamazdan əvvəl omanlı həmkarı Bədr əl-Busəidi ilə də bir araya gələcək.
Qeyd edək ki, ABŞ və İran arasında dolayı danışıqlar isə fevralın 17-də Omanın Cenevrədəki səfiriliyində baş tutacaq.