Türkiyəli məşhur aktrisa Burcu Özberk həm karyerası, həm də şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə yenidən maqazin gündəminin mərkəzinə çevrilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii davranışları ilə seçilən aktrisa ötən gün İstanbulun Etiler səmtində kameralara tuş gəlib.
Jurnalistlərlə ayaqüstü söhbət edən Özberk artıq Etilerdə yaşadığını bildirib:
"Artıq bu tərəfdəyəm. Məni buralarda daha tez-tez görəcəksiniz. Dostlarımla yeməyə gəlmişik, kefimiz yerindədir", - deyə o qeyd edib.
Uzun müddətdir diqqətdən kənarda qalmağa üstünlük verən aktrisanın rahat və səmimi görüntüsü sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Şəxsi həyatı ilə bağlı sualları cavablandıran Burcu Özberk eşq mövzusunda açıq mesaj verib. O, bildirib ki, romantik münasibəti olsa, bunu gizlətməz:
"Romantik münasibətim olsa, gizli saxlamaram. Qəlbim sevməyə də, sevilməyə də hər zaman açıqdır, Hazırda həyatıьda xüsusi biri yoxdur, buna baxmayaraq, sevgiyə qarşı qapalı deyiləm".
Onun "Çirkin kişiləri sevirəm. Onların özünəməxsus xarizması olur" sözləri isə sosial mediada geniş müzakirələrə səbəb olub və qısa zamanda gündəm mövzusuna çevrilib.
Musa
Milli.Az