EN

Skandal: Yeltsin AXC nin qərargahına necə “gəldi”? 35 illik sirr çözülür

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əməkdar jurnalist Mir Şahin Ağayev müəllifi olduğu verilişdə deyib ki, Azərbaycan Xalq Cəbhəsi (AXC) hələ 1991-ci ildə Rusiya ilə əlaqədə olub. O, əsas kimi 1991-ci ilin avqustunda AXC-nin o vaxtkı qərargahına polis hücumu zamanı binada Rusiyanın birinci prezidenti Boris Yeltsinin portretinin görünməsini göstərib. M.Ağayev qeyd edib ki, Yeltsinin portreti AXC-nin qərargahında təsadüfən asıla bilməzdi.

Bəs Boris Yeltsinin portreti AXC-nin qərargahına necə düşmüşdü?

Globalinfo.az-a danışan sabiq baş nazir Pənah Hüseyn səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını bildirib:

“Vallah, orada olan mənəm və deyirəm ki, deyilənlər həqiqəti əks etdirmir. Qərargahın içində Yeltsinin şəklinin olması AXC-nin Rusiya ilə əlaqəsi kimi dəyərləndirilə bilməz. Prinsip etibarilə, o zaman Yeltsin QKÇP-yə – SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinə qarşı çıxanda AXC tərəfindən onun müdafiəsinə dair bəyanat verilib. Bu, faktdır. Həmin dövrdə SSRİ-ni bərpa etmək istəyən, dövlət çevrilişinə cəhd edən antidemokratik qüvvələrin yaratdığı Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinə AXC etiraz edib. Yeltsin Moskvada QKÇP-yə qarşı çıxış edəndə AXC-nin ona dəstək bəyanatı olub. Bunun necə dəyərləndirilməsi artıq başqa məsələdir”.

Pənah Hüseyn

P.Hüseyn bildirib ki, Yeltsinin portreti haradasa görünübsə, bu, mütləq hansısa xüsusi əlaqənin olması anlamına gəlmir:

“Mir Şahin Ağayev mövqeyini kifayət qədər savadlı şəkildə ifadə edən jurnalistdir. İnanmıram ki, o, bizi ittiham etmək niyyətində olsun. AXC qərargahının hər hansı kabinetində, dəhlizində və ya divarında Yeltsinin şəkli olmayıb, bu, dəqiqdir. Ola bilər ki, kimsə mitinq zamanı əlində plakat qaldırıb, bunu deyə bilmərəm. Görmədiyim bir şey barədə danışmaq doğru olmaz. Qərargahda şəkil olmasını isə qəti şəkildə təkzib edirəm”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
globalinfo.az

1Sources