Rusiyalı iş adamı Yevgeni Çiçvarkin 9 il müddətinə qiyabi həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Moskvanın Draqomilovski Rayon Məhkəməsi tanınmış iş adamı Yevgeni Çiçvarkini Rusiya Silahlı Qüvvələri haqqında saxta (feyk) məlumatlar yaymaqda təqsirli bilib.
Məhkəmənin qərarı ilə biznesmen qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, məhkəmə Çiçvarkinə 4 il 11 ay müddətinə internet saytlarını və sosial şəbəkə hesablarını idarə etməyi qadağan edib.
Qeyd edək ki, hazırda xaricdə yaşayan iş adamı Rusiya hakimiyyətinə qarşı kəskin çıxışları ilə tanınır.
Xuraman Etibarlı
İnterpress.az