EN

Bakıda estetik əməliyyatdan sonra qadının öldüyü “Medi Hall”dan VİDEO YENİLƏNİB

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

APA TV Bakıda estetik əməliyyatdan sonra qadının öldüyü “Medi Hall” hospitalda olub.

Lent.az həmion görüntüləri təqdim edir:

***

saat 14:23

Bakıda estetik əməliyyat etdirən qadın ölüb.

Bəs görəsən, həmin klinikanın işləmək üçün lisenziyası olubmu?

Analtik Ekspertiza Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Medi Hall” hospitalla bağlı  bütün məsələlər ciddi araşdırılır:

" Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır. Bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər.”

“İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir.

Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticələri və digər məlumatlar istintaq orqanına təqdim edilir. İstintaq prosesi davam etdiyi müddətdə məlumatların ictimaiyyətə açıqlanması yalnız istintaq orqanının səlahiyyətinə aiddir". 

***

11:39

Bakıda estetik əməliyyat etdirən qadın ölüb.

Məsələ ilə bağlı Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 43 yaşlı Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.

***

10:47

Bakıda estetik əməliyyat etdirən qadın ölüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
lent.az

1Sources