EN

ABŞ Türkiyə konsulluğu qarşısında Quranı yandırana sığınacaq verə bilər

 

ABŞ hökuməti Londondakı Türkiyə konsulluğunun qarşısında Quranı yandıran şəxsə sığınacaq verməyi nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, 51 yaşlı Hamit Coşkun 2025-ci ilin fevralında Londonda Türkiyənin konsulluğu qarşısında “Qurani-Kərim”i yandırıb.

O, ictimai asayişi pozmaq ittihamı üzrə cərimə olunsa da, qərar sonradan ləğv olunub və hazırda iş yenidən məhkəmədə araşdırılır.

Bildirilir ki, məhkəmə Coşkunun əleyhinə qərar çıxaracağı təqdirdə o, Böyük Britaniyanı tərk edərək ABŞ-dən sığınacaq istəyə bilər.

ABŞ Dövlət Departamentindəki mənbələr isə məsələnin diqqətdə saxlanıldığını və belə müraciətin nəzərdən keçirilə biləcəyini bildiriblər.

 

 
 
 
Chosen
10
2
sitat.info

3Sources