EN

Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB

2026-cı ilin Yanvar ayında Azərbaycana 176 milyon 542 min dollar dəyərində 7 min 591 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2025-ci ilin Yanvar ayında Azərbaycana 138 milyon 987 min dollar dəyərində 7 min 663 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Beləliklə, Azərbaycana avtomobil idxalı dəyər ifadəsilə 37 milyon 55 min dollar və ya 27% artıb, say ifadəsilə 72 ədəd və ya 0,9% azalıb.

İdxal olunan minik avtomobillərinin sayı 6 min 906 ədəddən (2025-ci ilin yanvarındakı say) 6 min 774 ədədə (2026-cı ilin yanvarındakı say) düşüb (132 ədəd azalıb). 

Chosen
98
1
marja.az

2Sources