EN

Lukaşenko Vaşinqton səfəri ilə bağlı iddialara CAVAB VERDİ: “Mən heç kimdən qorxmuram”

Lukaşenko Vaşinqtona uçmaqdan qorxması barədə şayiələri “axmaqlıq” adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko Vaşinqtonda keçirilən “Sülh Şurası”nın iclasına uçmaqdan guya təhlükəsizlik qorxusu səbəbindən imtina etməsi ilə bağlı yayılan iddialara sərt reaksiya verib.

O, bu cür şayiələri “axmaq və küt” düşüncə adlandırıb.

“Təhlükəsizlik… Güman edirlər ki, Lukaşenko qorxdu, orada təhlükəsizlik məsələsi var. Qulaq asın, bu, Lukaşenkoya veriləcək sual deyil.

Mən heç vaxt heç kimdən qorxmamışam və qorxmaq fikrim də yoxdur. Bu, tamamilə axmaqlıqdır.

Guya orada Lukaşenkonu kimsə tutacaq və evinə buraxmayacaq. Bu, tam bir kütlükdür”, – Belarus lideri vurğulayıb.

Lukaşenko qeyd edib ki, onun hər hansı səfərdən çəkinməsi üçün heç bir əsas yoxdur və bu cür söhbətlər reallığı əks etdirmir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
80
1
interpress.az

2Sources