EN

"Karim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydi..." - Ayxan Abbasov

"Şamaxı" Misli premyer-liqasının 20-ci turunda "Turan Tovuz"la heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda "Qəbələ"yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda "Qarabağ"la iki dəfə oynadıq. Heyətdə çox dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Karim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydi, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün cəmi bir dəyişiklik etdiz. Bunun səbəbi nədi?
- Oyuna görə belə etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdı. Ehtiyatda olan futbolçuların hamısı bəstəboydu. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdu. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük. Gələn oyunlarda dəyişikliklər olacaq.

Chosen
61
9
football-plus.az

10Sources