EN

"Arsenal" 100 milyonluq futbolçunu istəyir

"Leypsiq" klubunun yarımmüdafiəçisi Yan Diomande "Arsenal" klubunun maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, “topçular” kotd’ivuarlı futbolçunu Qabriel Martinellinin mümkün əvəzləyicisi kimi transfer edə bilər. "Teamtalk"ın məlumatına görə, Almaniya təmsilçisi vingeri 100 milyon avro qarşılığında buraxmağa hazırdır.

Qeyd edək ki, Yan Diomandenin "Leypsiq" klubu ilə müqaviləsi 2030-cu ilin ortalarınadək qüvvədədir. Cari mövsümdə futbolçu 24 oyunda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

Chosen
93
publika.az

1Sources