EN

ABŞ təlimlərdə öz gəmilərini niyə batırır?

ABŞ təlimlərdə öz gəmilərini niyə batırır?

ABŞ Hərbi Dəniz Qüvvələri döyüş gəmilərinə qarşı zərbələri məşq etmək üçün vaxtaşırı SINKEX (batırma təlimləri) keçirir.

AFN.az "19FortyFive" nəşrinə istinadən xəbər verir ki, bu təlimlər gəmilərin hansı zərbələrə davam gətirdiyini öyrənmək və silahların real şəraitdə necə işlədiyini yoxlamaq məqsədi daşıyır. SINKEX zamanı istismardan çıxarılmış ABŞ gəmilərindən istifadə olunur və ətraf mühiti qorumaq üçün onlardan əvvəlcədən yanacaq və digər təhlükəli maddələr tamamilə boşaldılır.

Məsələn, 2024-cü ilin iyununda keçirilən "Valiant Shield 24" təlimlərində istismardan çıxarılmış "USS Cleveland" (LPD-7) desant gəmisi hədəf seçilib. Sakit okeanın şimal hissəsinə yedəklənən gəmi üzərində döyüş gəmiləri, təyyarələr və sualtı qayıqlar müxtəlif zərbələr endirərək məlumatlar toplayıblar. Bu təlim zamanı ordu ilk dəfə gəmiyə qarşı "Precision Strike Missile" (PrSM) operativ-taktiki raketlərini sınaqdan keçirib.

Nəşr vurğulayır ki, bu cür təlimlər nadir hallarda keçirilir; donanma çox vaxt real gəmi əvəzinə simulyatorlar vasitəsilə şərti hədəfləri vurmağa üstünlük verir. Ekspertlərin fikrincə, bu manevrlər həm də Rusiya və Çinə ABŞ-ın dənizdəki zərbə gücünü nümayiş etdirmək üçün strateji mesaj xarakteri daşıyır.

Chosen
63
afn.az

1Sources