EN

QHT nümayəndələri üçün fərdi səfər qrantları elan edilib

Şərq Tərəfdaşlığı ölkələrindən vətəndaş cəmiyyəti təşkilatları üçün fərdi səfər qrantları

ABŞ-ın German Marshall Fund təşkilatının Qara Dəniz üzrə Regional Əməkdaşlıq Proqramının (Black Sea Trust for Regional Cooperation) tərəfdaşlığı ilə Transatlantic Foundation (TF) Şərq Tərəfdaşlığı (EaP) ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) nümayəndələri, vətəndaş fəalları və liderləri, eləcə də qeyri-formal qrupların təmsilçiləri arasında regional şəbəkələşmə, təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə fərdi səfər qrantları üzrə xüsusi müsabiqə elan edib.

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və hazırda icra olunan “Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Gücləndirilməsi” (ERICS-EaP) proqramını tamamlayır. Layihə VCT nümayəndələrinə, vətəndaş fəallarına və liderlərinə, eləcə də qeyri-formal qrupların təmsilçilərinə mövcud regional şəbəkələrdə, forumlarda və əməkdaşlıq təşəbbüslərində fəal iştirak etmək imkanı yaradır.

Black Sea Trust (BST) hər biri maksimum 1 500 avro məbləğində qrantlar təqdim edəcək. Bu vəsait VCT nümayəndələrinin, vətəndaş fəallarının və liderlərinin, həmçinin qeyri-formal qrupların təmsilçilərinin mövcud regional şəbəkələşmə tədbirlərində, forumlarda və əməkdaşlıq təşəbbüslərində iştirakını təmin etmək üçün nəzərdə tutulub. Qrantlar əsasən səfər xərclərinin qarşılanmasına yönəlib.

Müsabiqə Şərq Tərəfdaşlığına daxil olan altı ölkədən birində yerləşən və ya fəaliyyət göstərən VCT nümayəndələri üçün açıqdır (ölkədən kənarda fəaliyyət göstərən – sürgündə olan VCT-lər də müraciət edə bilər).

Nəzərə alın ki, tədbirdə iştirak üçün müraciət ən azı bir ay əvvəl təqdim edilməlidir.

Cari çağırış 20 fevral tarixində başa çatır.

Növbəti çağırışlar 18 may – 18 iyun və 15 avqust – 15 sentyabr tarixlərində keçiriləcək.

 

 

Ətraflı məlumat
Mətbuat açıqlaması

Press release

 

SON MÜRACİƏT TARİXİ: 20 fevral 2026
İMKAN NÖVÜ: Layihə təklifləri üzrə çağırış (Call for Proposals)CLOSING DATE

 

Chosen
111
qht.az

1Sources