EN

Piyadanı yük avtomobili vurub öldürdü

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

Belə ki, hərəkətdə olan “Qazel” markalı yük avtomobili kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.

Ağır xəsarətlər alan bərdə sakini hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
34
4
bakivaxti.az

5Sources