EN

Mehman Əliyev Emin Hüseynov haqda danışdı: “Mitinqdə döyülmüşdü”

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Emin Hüseynovun Azərbaycan rəhbərliyinə qarşı etdiyi davranışlar hələ də müzakirə olunur. Onun Prezident İlham Əliyevə ünvanlandığı sual və o suala verilən cavab sosial platformalarda, eləcə də media platformalarında günlərdir dartışılır. Birinci vitse-prezident Mehriban Əliyeva ilə dialoq isə ölkə gündəmində zəlzələ effekti yaratdı. Mehriban Əliyevanın Emin Hüseynovla olan qısa dialoqu yaddaşlara öz damğasını vurdu.

Bu hadisələr Emin Hüseynovun personasına marağı artırıb. Globalinfo.az onun jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyəti haqda məqalə hazırlayıb. Orda qeyd olunub ki, Emin Hüseynov 2000-ci illərin əvvəlindən başlayaraq “Turan” İnformasiya Agentliyində müxbir kimi fəaliyyət göstərib. Sonralar isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı (RATİ) təşkilat yaradıb. O, bu təşkilat üçün xarici fondlardan küllü miqdarda qrant alıb. 2014-cü ildə maliyyə və vergi hesabatlılığında şübhələr yarandığı üçün bir sıra QHT-lərin fəaliyyəti hüquq mühafizə orqanları tərəfindən yoxlanıldı. Bu sırada Emin Hüseynov və rəhbəri olduğu RATİ də var idi. Yoxlama nəticəsində E.Hüseynovun vergidən yayındığına dair faktlar aşkarlanmışdı. O, istintaqdan yayınmaq üçün İsveçrənin Bakıdakı səfirliyinə sığındı və orada 10 ay qaldı. Sonradan İsveçrə Xarici İşlər Nazirliyinin müdaxiləsi nəticəsində Bakıdan çıxarıldı, həmin ölkəyə aparıldı. 11 ilə yazındır ki, Emin Hüseynov Cenevrə şəhərində yaşayır.

Globalinfo.az Emin Hüseynovun vaxtilə çalışdığı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə əlaqə saxlayıb. Ondan Emin Hüseynovun fəaliyyəti barədə bəzi məlumatlar alıb.

M.Əliyev Emin Hüseynovun hələ tələbə olarkən onlarla birlikdə çalışdığını bildirib:

“Onun nə fəaliyyəti var ki, mən indi qiymətləndirim? Xeyli adam bizim məktəbdən keçib. “Turan” İnformasiya Agentliyi 1990-cı ildə yaranıb və Azərbaycan mediasında xeyli redaktor, jurnalist və sair çalışanlar bu məktəbdən çıxıb. Əslində, “Turan” yeni informasiya janrını gətirib Azərbaycana. Təəssüflər olsun ki, bu cür məktəbi inkişaf etməyə qoymadılar”.

M.Əliyev Emin Hüseynovla əlaqəsinin olub-olmadığına dair məsələyə aydınlıq gətirib:

“Əslində, əlaqəmiz yoxdur. Amma hərdən bir söhbətimiz olur. Emin bizdə iqtisadi bölmədə çalışırdı. Onu 2003-vcüildə keçirilən prezident seçkilərindən sonra aksiyada polislər döymüşdü. Onurğasında ciddi zədə almışdı. Emin o aksiyalara jurnalist kimi qatılmışdı. Buna baxmayaraq zorakılıqla üzləşmişdi.

Xatırladaq ki, “Turan” İnformasiya Agentliyi 13 fevral 2025-ci il tarixində fəaliyyətini dayandırdığını elan edib.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
109
globalinfo.az

1Sources