Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, yığma ikinci dəfə təşkil olunacaq turnirdə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb.
Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
“Gəncə” klubunda yeni məşqçi
Türkiyəli məşqçi səhhəti ilə bağlı Azərbaycan klubunu tərk edib
Millilərimizin rəqibləri bəlli olub
NTD-də ayrılıq
"Gəncə"nin baş məşqçisi: "Bu, bizim üçün önəm daşıyırdı"