Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib. İlkin məlumata görə, “Qazel” markalı yük avtomobili kənd sakini, 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.
Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.