EN

Rubionun Avropa səfəri: ABŞ Macarıstan və Slovakiyanı Rusiyadan qopara biləcəkmi?

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ dövlət katibi Marko Rubio Macarıstan və Slovakiyaya səfər edəcək. Əsas məqsəd bu iki ölkəni Ukraynanın Aİ-yə üzvlüyünə razılıq verməyə və Rusiyadan enerji idxalını dayandırmağa razı salmaqdır.

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Samir Hümbətov bildirib ki, Macarıstan və Slovakiya ciddi seçim qarşısındadır.

Ekspert əlavə edib ki, Macarıstan Rusiyadan ucuz təbii qaz alır və həmin ölkə ilə geniş iqtisadi əlaqələrə malikdir:

"Macarıstan ABŞ-nin təkliflərini qəbul edərsə, Rusiya ilə ticarət dövriyyəsi azalacaq. Böyük ehtimalla, bu plan baş tutarsa, macarlar ABŞ və ya digər ölkələrdən sıxılmış təbii qaz alacaqlar. Bu isə olduqca ciddi məsələdir. Düşünürəm ki, Macarıstan və Slovakiya ABŞ-nin təzyiqi qarşısında tab gətirəcək səviyyədə deyil. Macarıstanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmamaq istəyi olsa da, son nəticədə qarşılarında ABŞ dayanır və Donald Trampın ciddi təsir imkanları var. Həmçinin Trampın Viktor Orbanla isti münasibətləri mövcuddur. Tramp həqiqətən də Macarıstanı Rusiyadan uzaqlaşdırmaq istəyirsə, şəxsi əlaqələrindən istifadə edəcək. Bəli, Macarıstan Rusiyadan uzaqlaşa bilər, lakin bu, ABŞ-nin ciddi təzyiqləri nəticəsində baş verə bilər. Amma iqtisadi əlaqələrin tam kəsilməsi mümkün deyil. Bu, birdən-birə baş verəcək məsələ deyil. Təbii ki, Rubio sözügedən ölkələrə boşuna getmir. Yəqin ki, pərdəarxasında ciddi danışıqlar aparılıb".

Məlik Məlikov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
100
oxu.az

1Sources