EN

Uzun müddət idi belə ağır oyunumuz olmamışdı Sabah ın qapıçısı

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Uzun müddət idi belə ağır oyunumuz olmamışdı" - "Sabah"ın qapıçısı

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ"ni məğlub edən "Sabah"ın qapıçısı Stas Pokatilov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, matçın qəhrəmanlarından olan qolkiper gərgin keçən qarşılaşmanı belə şərh edib:

"Çox ağır oyun oldu, xüsusilə son dəqiqələr çox gərgin keçdi. Düzü, uzun müddət idi ki, belə oyunumuz olmamışdı. Adətən daha rahat hesablı qələbələr qazanırdıq. Amma çempionatın sonuna yaxınlaşırıq və düşünürəm ki, belə oyunların sayı artacaq. Ona görə də əsas olan qələbə qazanmaqdır".

Mövsümdəki 12-ci "quru" oyununu keçirən və matçda kritik qurtarışlarla yadda qalan qapıçı şəxsi statistikasına da münasibət bildirib:

"Çalışıram ki, statistikaya çox fikir verməyim və diqqətimi yayındırmayım. Əlbəttə, bəzən baxıram, maraqlı gəlir. Amma ən vacibi komandanın nəticəsidir. Əsas odur ki, hər oyunda qələbə qazanaq, şəxsi göstəricilər isə ikinci plandadır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
1
qol.az

2Sources