EN

Məhkəmə seriyası 111 olan 3 maşına həbs qoydu: 38 min borca görə FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda sahibinin ad və soyadının baş həriflərinə uyğun dövlət qeydiyyat nişanları olan avtomobillərə həbs qoyulub.

Avtosfer.az “Qaynarinfo.az”a istinadən xəbər verir ki, Nuriyev Tural Vasif oğluna məxsus avtomobillərə həbs qoyulması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edilib.

Məhkəmə qərarı ilə Tural Nuriyevin 77-TN-111 nömrəli "Range Rover”, "TN” seriyalı "Opel Astra” və "EY” seriyalı "Opel Combo-C” markalı avtomobillərinə həbs qoyulub.

Məlumata görə, Tural Nuriyevin Nuriyev Vasif Bayram oğluna 38 000 manat borcu olub. Ehtimal edilir ki, tələbkar Vasif Nuriyev borclu Tural Nuriyevin atasıdır.

Oxunub 16

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
78
2
avtosfer.az

3Sources