EN

Pentaqon Trampı Vaşinqton və Linkolnla bir sırada təqdim etdi

Pentaqon Trampı Vaşinqton və Linkolnla bir sırada təqdim etdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Prezident Günü" münasibətilə amerikalıları təbrik edərək, hazırkı dövlət başçısı Donald Trampı ölkənin tarixi liderləri Corc Vaşinqton və Avraam Linkoln ilə eyni sırada təqdim edib.

Bu barədə müvafiq paylaşım qurumun "X" sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb.

Paylaşımda Vaşinqton və Linkolnun fonunda Donald Trampın qırmızı qalstuklu ağ-qara fotoşəkili əks olunub. Prezidentlərin portretlərinin aşağı hissəsində isə ABŞ-ın B-2 strateji bombardmançı təyyarəsinin silueti təsvir edilib.

Xəbərdə həmçinin qeyd olunur ki, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass da bu yaxınlarda Donald Trampla birlikdə çəkilmiş fotoşəkilini paylaşıb. Trass həmin fotonu "Hər şeydə haqlıdır" şərhi ilə müşayiət edib.

Chosen
39
afn.az

1Sources