ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı strateji münasibətlərin inkişafını müzakirə ediblər.
"Report"un məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi sosial mediada məlumat yayıb.
"Söhbət zamanı ölkələr arasında sıx strateji münasibətlər, onları dəstəkləmək və inkişaf etdirmək yolları, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib", - deyə bəyanatda bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.