EN

Dünya boksunun canlı əfsanələri Afrikaya üstünlük veriblər

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerika Boks Şöhrət Zalının 59 yaşlı üzvü Mayk Tayson və keçmiş beş çəki dərəcəli 48 yaşlı dünya çempionu Floyd Meyvezer arasında nümayiş döyüşünün 25 apreldə Konqoda keçirilməsi planlaşdırılır.

İdman.Biz-in xəbərinə görə, bu barədə “The Ring” jurnalının nüfuzlu amerikalı insayderi Mayk Kopincer X sosial platformasındakı səhifəsində öz mənbələrinə istinadən məlumat verib.

Maykın peşəkar rekordu 50 qələbə, yeddi məğlubiyyət və iki baş tutmamış döyüşdür. Dəmir Mayk ağır çəki dəcəsində boks üzrə mübahisəsiz keçmiş dünya çempionudur.

Floyd isə öz növbəsində peşəkar boksdan məğlubiyyətsiz şəkildə ayrılıb. O, 50 qələbə qazanıb, bunlardan 27-si nokautla başa çatıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
icma.az

2Sources