EN

Türkiyənin Leonardo Dikaprio su sevgilisini ilk dəfə paylaşdı FOTO

ain.az bildirir, Milli.az portalına istinadən.

Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio" kimi tanınan məşhur aktyor Arda Kural uzun sürən səssizliyini 14 Fevralda pozub. Sağlamlıq problemlərindən sonra mediadan uzaq həyat sürən aktyor sevgilisini ilk dəfə sosial şəbəkədə paylaşaraq pərəstişkarlarını təəccübləndirib.

Milli.Az xəbər verir ki, uzun müddətdir şəxsi həyatını gizli saxlayan 45 yaşlı Arda Kural Sevgililər Günündə ilk dəfə sevgilisi ilə olan fotosunu izləyiciləri ilə bölüşərək münasibətini rəsmiləşdirib.

"Eyvah Kızım Büyüdü", "Lise Defteri" və "Emret Komutanım" kimi seriallarla ulduzu parlayan Arda Kural yaşadığı ciddi psixoloji sağlamlıq problemləri və müalicə prosesi səbəbindən karyerasına fasilə verməli olmuşdu. Müalicəsini uğurla tamamlayan aktyor indi daha sakit bir həyat tərzi keçirir.

Arda Kural uzun fasilədən sonra sonuncu dəfə TRT 1 ekranlarında yayımlanan, Doğu Demirkol və Ece Çeşmioğlu Ölmezin baş rollarda olduğu "Tutunamayanlar" serialında rol alıb.

Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
2
news.milli.az

10Sources