EN

Arina Sabalenka “Sevgililər Günü”nü necə qeyd etdiyini paylaşıb FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Dördqat Böyük Dəbilqə çempionu və dünyanın 1 nömrəli reketkası, belaruslu tennisçi Arina Sabalenka “Sevgililər Günü”nü (14 fevral) necə qeyd etdiyini paylaşıb.

İdman.Biz-in məlumatına görə, 27 yaşlı tennisçi tətili sevgilisi, yunan əsilli braziliyalı iş adamı Georgios Franqulislə keçirib.

Bu yaxınlarda keçirilən 2026-cı il Avstraliya Açıq Turnirində (Australian Open) Sabalenka (1) finala yüksəlib və burada 2022-ci il Uimbldon çempionu, qazaxıstanlı Yelena Rıbakinaya (5) 4-6, 6-4, 4-6 hesabları ilə məğlub olub.

Sabalenka Avstraliya Açıq Turnirindən bəri hələ də kortlara qayıtmayıb. Belaruslu tennisçi Doha və Dubayda keçirilən WTA-1000 turnirlərindən də imtina edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
1
icma.az

2Sources