Fransa və İspaniya artıq bir aydır ki, fırtına və daşqınların əsiridir. Bütöv kəndlər su altında qalıb, dəmir yolu və ictimai nəqliyyat xidmətləri pozulub.
Bazar ertəsi Fransanın cənub-qərbində rekord həddə yağış yağdıqdan sonra Æironda və Lot-et-Qaronna departamentlərində qırmızı həyəcan siqnalı elan edilib. Daha 21 departamentdə narıncı həyəcan siqnalı elan olunub və Pireney dağlarında yüksək uçqun təhlükəsi xəbərdarlığı verilib.
"Vigicrues" daşqın monitorinq xidmətinin məlumatına görə, ən çox zərərçəkən departamentlərdə çayların səviyyəsi çox yüksəkdir və ətraf ərazilər tamamilə su altındadır. Yağış suyu artıq torpağa sızmır və birbaşa su hövzələrinə axır.
"Nils" qasırğasından bir neçə gün sonra - ötən həftəsonu İspaniyaya güclü yağış və güclü külək gətirən Oriana fırtınası baş verib. Fırtına dəmir yolu və ictimai nəqliyyata ciddi ziyan vurub. Valensiya icmasının bir hissəsi olan Kastelyon əyalətində qasırğanın güclü küləkləri bölgəni bürüdüyü üçün qırmızı həyəcan siqnalı verilib.
Fransa və İspaniyada baş verən fırtınalar nəticəsində 3 nəfər həlak olub, onlarca insan yaralanıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"