EN

Rusiyada 7 ci hava limanı uçuşları dayandırdı

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Perm hava limanı fevralın 17-nə keçən gecə təyyarələrin qəbulu və yola salınmasını müvəqqəti olaraq məhdudlaşdırıb. Bizim.Media xəbər verir ki, bu barədə Rosaviasiya-nın mətbuat xidməti məlumat yayıb. Bununla da o, sutkanın əvvəlindən fəaliyyətini dayandıran yeddinci hava limanı olub.Məhdudiyyətlər Moskva vaxtı ilə saat 6:53-dən uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilib. Adətən belə məhdudiyyətlər pilotsuz uçuş aparatları ilə zərbə təhlükəsi zamanı tətbiq olunur.Fevralın 17-si səhər saatlarına olan məlumata görə, uçuşlar həmçinin aşağıdakı şəhərlərdə qəbul edilmir: Ufa, İjevsk, Nijnekamsk, Soçi, Krasnodar, Gelencik.Bununla yanaşı, Rosaviasiya Tambov və Kazan hava limanlarında məhdudiyyətləri aradan qaldırıb, həmin hava limanları adi rejimdə fəaliyyət göstərir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
2
bizim.media

3Sources