EN

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.

Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, istintaq çərçivəsində 8 nəfər saxlanılıb.

Əməliyyat zamanı cinayət gəlirlərinin bəzi idman klubları vasitəsilə yuyulması iddiaları əsasında “Diyarbekirspor” və üç şirkət barəsində araşdırma başlayıb.

Aparılan araşdırmalar zamanı “Diyarbekirspor”un keçmiş prezidenti Fevzi İlhanlı və klub rəhbərliyinin qanunsuz mərc saytının sahibi olduqları, əldə etdikləri gəlirləri isə klub vasitəsilə dövriyyəyə buraxdıqları müəyyən edilib.

İstintaq çərçivəsində klubun mühasibi və bəzi əməkdaşların bank hesabları vasitəsilə qanunsuz qazancın klub hesablarına köçürüldüyü də aşkarlanıb.

“Nyukasl” kapitanını İtirdi

“Yuventus”dan Makkeni qərarı

“Siti” braziliyalı üçün 50 milyon ödəməyə hazırdır

“Tottenhem”in kapitanı PSJ-nin hədəfində

“Samsunspor”un yeni baş məşqçisi bəlli olub

Chosen
68
3
apasport.az

4Sources