EN

Vaxtsız infarktların səbəbi koronavirus peyvəndidir? AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Adenovirus əsaslı COVID-19 peyvəndlərindən sonra müşahidə olunan və tibbdə VITT adlandırılan nadir laxtalanma hallarının səbəbi bəlli olub. "New England Journal of Medicine" jurnalında dərc olunan araşdırma göstərir ki, bu ağır fəsad genetik meylliliklə bədəndəki təsadüfi mutasiyanın toqquşması nəticəsində yaranır. Belə ki, peyvəndin tərkibindəki zülallardan biri insan qanındakı laxtalanma zülalına (PF4) çox bənzəyir.Terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür iddialar insanlarda təbii olaraq qorxu və narahatlıq yaradır:“Xüsusilə də “vaxtsız ölüm” kimi ağır mövzular səslənəndə emosional reaksiya vermək çox başadüşüləndir. Amma burada bir məqamı ayırd etmək vacibdir. Buna qorxu ilə faktı qarışdırmamaq aiddir. Pandemiya dövrü hamımız üçün travmatik oldu. İtkilər, qeyri-müəyyənlik, ard-arda yayılan ziddiyyətli məlumatlar psixoloji gərginliyi artırdı. İnsan beyni isə belə anlarda sadə və günahkar axtaran izahları daha tez qəbul edir. Elmi yanaşma emosiyaya yox, sübuta əsaslanır. Sağlamlıqla bağlı qərarlar qorxu üzərindən yox, etibarlı məlumat və mütəxəssis rəyi üzərindən verilməlidir. Ən vacibi isə budur ki, davamlı qorxu ilə yaşamaq bədənin özünə də zərər verir. Peyvəndlərin istifadəsi illərlə toplanan elmi müşahidələrə və real nəticələrə söykənir. Bu preparatların əsas məqsədi orqanizmi ağır fəsadlardan qorumaqdır və mövcud məlumatlar onların kütləvi şəkildə ölümə səbəb olduğunu göstərmir”.Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədiLeyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
102
demokrat.az

1Sources